Eli Naxt: "Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi"

Gənclər Prezident seçkilərində fəal iştirak edirlər. Gənclərin bu fəallığı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir. Bu, onların ölkə həyatının demokratikləşməsi prosesinin bir hissəsi olduğunu göstərir. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin üzvü, vəkil Eli Naxt deyib.

Müşahidə zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini söyləyən Eli Naxt Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirildiyini vurğulayaraq deyib: "Olduğumuz məntəqələrdə yüksək seçici fəallığı gördük. Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi. Seçicilər sərbəst surətdə məntəqəyə daxil olur, şəxsiyyətlərini təsdiq edən sənədi təqdim edir, bülleten alıb kabinəyə daxil olur və öz iradələrini azad surətdə ifadə edirlər".

Səsvermə prosesində seçici fəallığının əhəmiyyətinə toxunan Eli Naxt deyib: "Bu, bir daha göstərir ki, ölkənin gələcək taleyi vətəndaşları düşündürür. Onlar inanırlar ki, qarşıdakı illərdə Azərbaycan daha surətlə inkişaf edəcək, xalqın rifahı daha da yaxşılaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31