Hər təmizlənən mina sahəsi Böyük Qayıdış prosesini daha da sürətləndirir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yanaşı, mina təhlükəsinin aradan qaldırılması istiqamətində də böyük işlər həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "ANAMA-nın peşəkar əməkdaşları mürəkkəb relyef və təhlükəli şəraitə baxmayaraq, böyük məsuliyyət və fədakarlıqla fəaliyyət göstərərək Qarabağımızın təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verirlər. Hər təmizlənən mina sahəsi doğma torpaqlarımıza qayıdışın, yeni yaşayış məntəqələrinin salınmasının və Böyük Qayıdış prosesinin daha da sürətlənməsinin əsas addımlarından biridir.

Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur tam təhlükəsiz ərazilərə çevriləcək, Böyük Qayıdış prosesi uğurla davam edəcək və doğma torpaqlarımızda həyat daha da canlanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31