Gündəm

Yelena Strokova: "Seçkilər yüksək səviyyədə təşkil olunub"

11 Aprel 2018 15:22

Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.

Tərtərin 10 seçki məntəqəsində “exit-poll” keçirilir

11 Aprel 2018 15:20

Prezident seçkiləri ilə əlaqədar Tərtər rayonundakı seçki məntəqələrinin qarşısında “exit-poll” təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, RƏY Monitorinq Mərkəzi 95 saylı seçki dairəsinin 2, 6, 11, 16, 20, 25, 34 və 36 saylı, ELS Müstəqil Araşdırmalar Mərkəzi 3 və 22 saylı, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi isə 2 və 3 saylı seçki məntəqələrində “exit-poll” keçirir.

Estoniya parlamentinin deputatı: "Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb"

11 Aprel 2018 15:19

Artıq bir neçə seçki məntəqəsinə baş çəkmişik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb. Seçkilər mütəşəkkil, demokratik və şəffaf şəraitdə keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Estoniya parlamentinin deputatı Yanus Marrandi deyib.

İvanovkada prezident seçkiləri yüksək səviyyədə təşkil olunub

11 Aprel 2018 15:15

İvanovka kəndi İsmayıllının iri yaşayış məntəqələrindəndir. 2690 nəfər əhalisi olan kəndin sakinlərinin əksəriyyəti ruslardır. Prezident seçkiləri İvanovkada da yüksək səviyyədə təşkil olunub. Seçki hüququ olan insanlar kənddə fəaliyyət göstərən məntəqəyə gəlir, namizədlər arasında prezident görmək istədikləri şəxsə səs verirlər.

Ədliyyə orqanlarına sənəd qəbulu aprelin 16-da başa çatır

11 Aprel 2018 15:10

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə mart ayının 1-dən etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı artıq 600-ə yaxın namizəd ərizə təqdim edib.

Avtoqəzada iki nəfər ölüb, ikisi yaralanıb

11 Aprel 2018 15:09

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Daha 24 sahibkar Almaniyada ixtisasartırma kursu keçəcək

11 Aprel 2018 15:08

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna müvafiq olaraq “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində işlər 2018-ci ildə də davam etdirilir.

Qulduruq edən iki yeniyetmə saxlanıb

11 Aprel 2018 15:06

Abşeronda evə basqın edən yeniyetmələr tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova Rayon Polis İdarəsinə müraciət edərək bu il yanvarın 23-də həyətinə girmiş iki naməlum şəxsin onu gördükdə, oradan uzaqlaşdığını bildirib.

“Bu mənim ilk seçkimdi”

11 Aprel 2018 15:02

Bu gün ölkədə prezident seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin geniş marağına və diqqətinə səbəb olan seçkilərdə vətəndaşlar son dərəcə fəallıq göstərdilər.

Ramiz Mehdiyevin həyat yoldaşı səs verdi

11 Aprel 2018 14:56

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həyat yoldaşı prezident seçkilərində səs verib. Məlumata görə, Qalina Mehdiyeva 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.