Gündəm
Tramp Rusiyaya müharibə ELAN ETDİ: "Raket zərbələrinə hazırlaş!"
ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb. Tramp bu haqda Tvitter səhifəsində yazıb. “Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.
28 ölkə ABŞ-ın himayəsi altında… - Türkiyəyə qarşı YENİ CƏBHƏ
“Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər”. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül bildirib.
Dişi çürüməyə qoymayan çox sadə ÜSUL
İlk səsini 18 yaşında həbsxanada verdi - VİDEO
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssislərində də prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.
TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidəsi edir. Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.
Saat 15.00-a olan seçici fəallığı - CANLI YAYIM
Şahdağ Milli Parkında yanğın baş verib
Bu gün saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib.
Nazir: "Cənub Qaz Dəhlizi layihəsini maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparılır"
"Cənub Qaz Dəhlizi" QSC Dünya Bankının Direktorlar Şurası Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) və "Cənub Qaz Dəhlizi" layihəsini maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparır".
Neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar hazırlanıb
Azərbaycanda neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar artıq hazırlanıb. Məlumata görə bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
DİN seçki məntəqəsi önündə mitinqə cəhd barədə məlumatları təkzib edib
"Azərbaycandan kənarda fəaliyyət göstərən “Meydan TV” bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. “Meydan TV” öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir".
Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır
21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. “OLAYLAR” “Azərbaycan Dəmir Yolları” QSC—yə istinadən xəbər verir ki, 21.04.2018-ci ildən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.
XİN: "Xaricdəki bəzi internet resursları Azərbaycanda seçkilərin gedişinə xələl gətirmək üçün saxta xəbərlər yayır"
“Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şər və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır”.
Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər
Moldovalı müşahidəçi: "Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir"
Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib.














