Gündəm

“Exit-poll” tədqiqatında seçicilərin fəallığı artır

11 Aprel 2018 16:24

19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində “Els” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” tədqiqatı həyata keçirilir.

Moldovalı deputat: "Azərbaycanda bütün yaşda olan seçicilərin səs verməsi üçün şərait yaradılıb"

11 Aprel 2018 16:22

Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb. Bunu Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib. O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb".

AŞPA təmsilçisi: "Vətəndaşlar prezident seçkilərində kifayət qədər fəallıq göstərirlər"

11 Aprel 2018 16:16

Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.

Bakının siması dəyişdirilir - Mərkəzdə böyük köçürmə başlayıb

11 Aprel 2018 16:14

Bakının Nərimanov rayonu ərazisində böyük söküntü işləri gedir. Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin yaxınlığından "28 may" metrostansiyasının təzə girişinə qədər köhnə binalar və tikililər tamamilə boşaldılır, əhali köçürülür. Bakının ən böyük rayonlarından birinin siması yaxın gələcəkdə Nazirlər Kabinetinin təsdiqlədiyi pilot layihəyə uyğun olaraq tamamilə dəyişəcək. Sözügedən ərazidə bir neçə məktəb yerləşdiyindən və köçürülmə prosesi məktəblərdəki şagird kontingentinin sayına da təsir göstərdiyindən bu məktəblərin də köçürülmə ehtimalının olub-olmaması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik.

Beynəlxalq müşahidəçi: "Hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam"

11 Aprel 2018 16:13

Beş-altı məntəqədə müşahidə aparmışam. Müşahidələrimə görə, hələlik hər şey qaydasındadır və hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam. Bu sözləri jurnalistlərə açıqlamasında Qubada seçkiləri izləyən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının üzvü Pociej Aleksander August söyləyib.

Nazir: "Mən Azərbaycan xalqının gələcəyini təmin edə biləcək namizədə səs verdim"

11 Aprel 2018 16:11

Prezident seçkilərində mən Azərbaycan xalqının gələcəyini təmin edə biləcək namizədə səs verdim. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

"Seçkilərin obyektiv, qərəzsiz işıqlandırılmasını istəyirik”

11 Aprel 2018 16:08

Seçicilərin rahat səsverməsi üçün hər bir şərait yaradılıb. Bir Azərbaycan vətəndaşı olaraq da seçkilərin obyektiv, qərəzsiz işıqlandırılmasını istəyirik.  

Səməd Seyidov: "Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir"

11 Aprel 2018 16:05

Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

İran ərazisində Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq

11 Aprel 2018 16:04

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Müəllim tələbə qızı maşını ilə boş əraziyə apardı - Onları yerdə uzanıqlı görən kəndlilər...

11 Aprel 2018 16:01

Türkiyənin Nevşehir rayonunun Çardak kəndində müəllim ilə universitetin son kursunda oxuyan qız ölmüş vəziyyətdə tapılıblar. Hərəkətsiz halda iki şəxsi uzanıqlı aşkar edən kənd sakinləri şok olublar. Dərhal təcili tibbi yardıma xəbər verilib. Hadisə yerinə gələn həkimlər hər iki şəxsin öldüyünü təsbit ediblər. Ölən şəxslərin müəllim Sadettin Baştürk, qızın isə universitetin son kursunda oxuyan Kübra Yılmaz olduğu müəyyən edilib.

Peter Marçek: "Səsvermə prosesi beynəlxalq normalara ciddi riayət edilməklə keçir"

11 Aprel 2018 15:59

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ictimai-siyasi və sosial-iqtisadi inkişafda sanballı nəticələr qazanıb, beynəlxalq aləmdə öz yerini möhkəmlədib. Prezident seçkiləri bu il ölkənin həyatında əsas hadisədir.

Seçkilərdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı insident qeydə alınmayıb - RƏSMİ

11 Aprel 2018 15:57

Saat 08:00-dan 15:00-dək olan müddətdə Azərbaycanda prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.

Nərimanov rayonunun seçki məntəqələrində fəallıq müşahidə olunur

11 Aprel 2018 15:55

19 saylı Nərimanov birinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində fəallıq müşahidə olunur.

Ərəb KİV-ləri Azərbaycandakı seçkiləri müşahidə edir

11 Aprel 2018 15:54

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir. Sechki-2018.az saytının xəbərinə görə, bun fikri IRIS Media (BƏƏ) informasiya agentliyinin icraçı direktoru Camal əl-Macayda deyib.