İran ərazisində Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılıb. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlərinə başlanılacaq. Yolun çəkilişi başa çatdıqdan sonra Təbriz şəhərindən keçməklə Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq", - deyə o, bildirib.

Bundan başqa, C.Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31