Nərimanov rayonunun seçki məntəqələrində fəallıq müşahidə olunur

19 saylı Nərimanov birinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində fəallıq müşahidə olunur.

19 saylı Nərimanov birinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində fəallıq müşahidə olunur. Sechki-2018.az saytının xəbərinə görə, saat 15:00-dək səsvermədə 24 min 158 (53,12 faiz) seçici iştirak edib. Ümumilikdə 44 min 996 seçicinin əhatə olunduğu bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınıb və seçicilərin istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31