“Exit-poll” tədqiqatında seçicilərin fəallığı artır
19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində “Els” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” tədqiqatı həyata keçirilir.
11 Aprel 2018 16:24 Siyasət19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində "Els" Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən "exit-poll" tədqiqatı həyata keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, mərkəzin nümayəndəsi Kənan Şıxlı bildirib ki, "exit-poll" tədqiqatında seçicilərin fəallığı artır. O, qeyd edib ki, 2008-ci ildən həyata keçirilən "exit-poll"un metodikası dünya standartlarına uyğun seçilir və təşkilati işlərdə sistem təkmilləşdirilir. Tədqiqata daha çox gənclər cəlb edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31