Gündəm

Özbək deputat: "Azərbaycanda seçkilər açıq və demokratik keçir"

11 Aprel 2018 16:51

Azərbaycanda prezident seçkilərində seçicilərin böyük fəallığı müşahidə olunur. Bunu Özbəkistan parlamentinin deputatı Nilufər Səidəhmədova deyib. N.Səidəhmədova qeyd edib ki, ölkədə seçkilər açıq və demokratik keçir. Deputat həmçinin şəhər haqqında təəssüratlarını bölüşüb: "Biz artıq üçüncü gündür ki, Bakıdayıq. Sizin şəhəriniz və ölkəniz çox gözəldir”.

Belçikalı müşahidəçi: "Seçki məntəqələrində uzun növbələr müşahidə olunur"

11 Aprel 2018 16:49

Şəhərdəki seçki məntəqələrində uzun növbələr müşahidə olunur. Növbədə dayananların çoxu qadınlar idi. Sechki-2018.az saytının xəbərinə görə, bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən belçikalı müşahidəçi Melo Entoni Con deyib.

İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək

11 Aprel 2018 16:48

Bu gün getdiyim seçki məntəqələrinin hamısında səsvermə prosesi normal davam edir. Hər hansı nöqsan müşahidə olunmayıb.

ABŞ yaxın 72 saat ərzində Suriyanı vura bilər

11 Aprel 2018 16:45

Təhlükəsiz uçuşlar üzrə Beynəlxalq Avropa Agentliyi bəyan edib ki, ABŞ yaxın 72 ərzində Suriyanı vura bilər. Məlumata görə, agentlik aviadaşıyıcılardan Aralıq dənizində uçuşlar apararkən ehtiyatlı olmağı xahiş edib. Məlumata görə, Karib böhranından sonra dünya yeni təhlükə ilə üz-üzədir. Hazırda Suriya istiqamətində 9 amerikan gəmisi hərəkət edir.

Səməd Seyidov: "Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb"

11 Aprel 2018 16:43

Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb. Bunu  Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Yerlərdə seçici fəallığı müşahidə edilir

11 Aprel 2018 16:38

Respublikanın bütün bölgələrində olduğu kimi şimal zonasında da seçicilərin səsvermə prosesində fəallığı müşahidə edilib.  Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Aygün Osmanova “OLAYLAR”-a deyib ki, seçkiləri müşahidə etdiyi Xaçmaz rayonunda da əhalinin seçkilərə marağı yüksək olub.

ŞƏT-in təmsilçisi: "Əminəm ki, səsvermə uğurlu keçəcək"

11 Aprel 2018 16:37

Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.

Keçmiş məhkumun həyətində narkotik vasitə aşkar edilib

11 Aprel 2018 16:35

Bərədədə kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu aşkar edilib. DİN-dən “Olaylara verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Şorəlli kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Evdən 3000 manat dəyərində qızıl aparan yaxalanıb

11 Aprel 2018 16:34

Oğurluqda şübhəli bilinən Tərtər rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 9-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hüləbətli kənd sakini Yusif Əsgərov saxlanıb.

Silsilə oğurluqla məşğul olan Gəncə sakini ələ keçib

11 Aprel 2018 16:33

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayı ərzində Gəncə şəhəri ərazisində 1 avtomobildən akkumulyator, 3 evdən su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Əvəz Hüseynov saxlanıb.

Seçkilərlə əlaqədar Çində səsvermə 70 faiz seçici fəallığı ilə başa çatıb

11 Aprel 2018 16:30

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Çindəki səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.

Saat 15:00-də ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində olub

11 Aprel 2018 16:28

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Sechki-2018.az saytının xəbərinə görə, məlumatına görə, saat 15:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.

Türkiyəli deputatlar: Seçkilər yüksək səviyyədə təşkil edilib

11 Aprel 2018 16:27

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Hər şey qaydasında davam edir, indiyədək heç bir problemlə rastlaşmamışıq. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Necdet Ünüvar deyib.

Simulik Valerijus: "Seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir"

11 Aprel 2018 16:25

Seçkidən əvvəl və səsvermə günü apardığımız müşahidələr seçki prosesinin qanunvericiliyə uyğun şəkildə təşkil edildiyini deməyə əsas verir. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən Baltik Assambleyasının Litvadan olan təmsilçisi Simulik Valerijus deyib.