Gündəm

Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərindən yazır

11 Aprel 2018 17:46

Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır. Sechki-2018.az saytının xəbərinə görə, Belarusun BELTA Dövlət İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik yazır ki, səsvermə üçün 5 min 641 seçki məntəqəsi təşkil olunub. Ölkədə 5 milyon 314 min 365 səsvermə hüququ olan vətəndaş var.

İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub

11 Aprel 2018 17:40

Azərbaycanın İspaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir. Sechki-2018.az saytının xbərinə görə, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 34 saylı məntəqəsində seçicilərin sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 87 yaşlı Gülbacı Axundova ilk səs verənlərdən biri olub.

İstanbulda seçkilərdə yüksək fəallıq müşahidə edilib

11 Aprel 2018 17:34

İstanbulda Azərbaycanın Baş Konsulluğunda da soydaşlarımız səs veriblər. Müşahidəçilər İstanbulda yaşayan soydaşlarımız arasında yüksək fəallıq müşahidə ediblər.

Türkiyə MSK sədri: "Seçkilər zamanı bütün demokratik prinsiplərə əməl edilib"

11 Aprel 2018 17:30

Azərbaycanda seçkilər çox şəffaf keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sədi Güven deyib.

İrlandiyalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilir"

11 Aprel 2018 17:29

Təxminən 10-12 seçki məntəqəsində müşahidə aparmışıq. İndiyə qədər müşahidə apardığımız məntəqələrdə seçkilərin beynəlxalq standartlara uyğun keçdiyinin şahidi olduq. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında  İrlandiyadan olan beynəlxalq müşahidəçi Lundi Cerard Oliver bildirib.

Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib

11 Aprel 2018 17:27

51 saylı Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib. Dairə seçki komissiyasının sədri Cəlil İbrahimovun sechki-2018.az saytına verdiyi məlumata görə, saat 15:00-dək dairə üzrə ümumilikdə 29 min 579 nəfər seçici səsvermə hüququndan istifadə edib. O bildirib ki, dairədə seçicilərin ümumi sayı 46 600 nəfərdir.

Braziliya həbsxanasında üsyan — 21 ölü

11 Aprel 2018 17:25

Braziliyanın Santa İzabel həbsxanasında üsyan baş verib. Bir qrup şəxs ağır silahın köməyi ilə həbsxana divarını partlatmağa cəhd edib.

Nobel akademiyasında QALMAQAL

11 Aprel 2018 17:16

İsveç Akademiyasının Nobel mükafatının Ədəbiyyat üzrə laureatını seçən bölümünün nümayəndələri haqqında qalmaqallı fakt ortaya çıxıb. İsveçin məşhur “Dagens Nyheter” qəzeti akademiyada işləyən Cean-Klaude Arnaultun illərdir mükafata layiq görülən namizədlərin adını gizli şəkildə sızdırdığını yazıb.

Qaxda bəy və gəlin toy günü səs verib — VİDEO

11 Aprel 2018 17:15

Qax rayonunda bəy və gəlin toy günü səsvermədə iştirak edib. Məlumata görə,112 saylı Qax Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində  qeydiyyatda olan seçicilər, rayon sakinləri Elgün Aydınov və Səadət Mövludzadə toy günündə mərasimdən əvvəl seçki məntəqəsinə gedərək səs veriblər.

Türkiyədən sərt ismarıc: Əsəd hakimiyyətdə qaldıqca...

11 Aprel 2018 17:12

Bəşər Əsəd hakimiyyətdə qaldığı müddət ərzində Ankara Afrini Suriya hökumətinin nəzarətinə verməyəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Əsəd hakimiyyətdən getməlidir. Siyasi həll prosesinə keçmək lazımdır. Biz Suriya ərazisinə iddialı deyilik. Afrinin rejimə təhvil verilməsi istisnadır. Bu torpaq Suriya ərazisidir, amma bizim təhlükəsizliklə bağlı öz narahatlıqlarımız var.

Bakı Metropoliteninin işçilərinin seçkilərdə iştirakı üçün şərait yaradılıb

11 Aprel 2018 17:08

Bakı Metropoliteninin səhər növbəsində çalışan işçilərinin səs verməsi üçün şərait yaradılıb.

MSK: "Seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi qüvvələr uydurma məlumatlar yayır"

11 Aprel 2018 17:04

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir”. “Olaylar” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.