Bakı Metropoliteninin işçilərinin seçkilərdə iştirakı üçün şərait yaradılıb

Bakı Metropoliteninin səhər növbəsində çalışan işçilərinin səs verməsi üçün şərait yaradılıb.

Bakı Metropoliteninin səhər növbəsində çalışan işçilərinin səs verməsi üçün şərait yaradılıb. Sechki-2018.az saytının xəbərinə görə, prezident seçkilərində iştirak etmək istəyən metropoliten əməkdaşları növbə ilə metronun "Elmlər Akademiyası" stansiyasının binasında yerləşən 16 saylı Yasamal seçki dairəsinin 12 saylı məntəqə seçki komissiyasına gələrək səs verə bilirlər.

Məntəqə sədri Gülər Əliyeva bildirib ki, səsvermədə iştirak etmək istəyən metropolitençilərin seçkilərə 3 gün qalmış müddətə qədər çıxarış vərəqəsini gətirərək adlarını siyahıya salması mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31