İstanbulda seçkilərdə yüksək fəallıq müşahidə edilib

İstanbulda Azərbaycanın Baş Konsulluğunda da soydaşlarımız səs veriblər. Müşahidəçilər İstanbulda yaşayan soydaşlarımız arasında yüksək fəallıq müşahidə ediblər.

İstanbulda Azərbaycanın Baş Konsulluğunda da soydaşlarımız səs veriblər. Müşahidəçilər İstanbulda yaşayan soydaşlarımız arasında yüksək fəallıq müşahidə ediblər.

Hal-hazırda İstanbulda 906 qeydli seçicinin olduğu bildirilir. Günün sonuna doğru seçicilərin böyük bir qisminin seçkilərdə iştirak etdiyini demək olar. Bir çox seçici sadəcə İstanbuldan deyil, Bursadan, Düzcədən, Adapazarından, Yalova və Edrinedən gələrək seçmə hüquqlarını yerinə yetiriblər. Hər kəs Konsulluqda seçkilərin yüksək səviyyədə təşkil edildiyini təsdiq edib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31