Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib

51 saylı Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib. Dairə seçki komissiyasının sədri Cəlil İbrahimovun sechki-2018.az saytına verdiyi məlumata görə, saat 15:00-dək dairə üzrə ümumilikdə 29 min 579 nəfər seçici səsvermə hüququndan istifadə edib. O bildirib ki, dairədə seçicilərin ümumi sayı 46 600 nəfərdir.

Dairə üzrə bütün məntəqələrdə seçki komissiyalarının səsvermə prosesini yüksək səviyyədə həyata keçirdiyini deyən C.İbrahimov ölkə vətəndaşlarının seçkilərdə aktivlik nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, məntəqələrdə yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də seçkiləri izləyirlər.

Dairə sədri söyləyib ki, ayrı-ayrı məntəqələr üzrə daşınan seçki qutuları ilə bağlı müraciətlər edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31