ŞƏT-in təmsilçisi: "Əminəm ki, səsvermə uğurlu keçəcək"

Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.

Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri ŞƏT-in təmsilçisi Cui Guojie deyib.

O qeyd edib ki, seçki məntəqəsində vətəndaşların konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirmələri üçün maksimum şərait yaradılıb. "Hazırlıq işləri və seçki prosesi mənə xoş təəssürat bağışladı. Əminəm ki, səsvermə uğurlu keçəcək", - deyə Cui Guojie bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31