Yerlərdə seçici fəallığı müşahidə edilir

Respublikanın bütün bölgələrində olduğu kimi şimal zonasında da seçicilərin səsvermə prosesində fəallığı müşahidə edilib.  Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Aygün Osmanova “OLAYLAR”-a deyib ki, seçkiləri müşahidə etdiyi Xaçmaz rayonunda da əhalinin seçkilərə marağı yüksək olub.

Respublikanın bütün bölgələrində olduğu kimi şimal zonasında da seçicilərin səsvermə prosesində fəallığı müşahidə edilib.  Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Aygün Osmanova "OLAYLAR"-a deyib ki, seçkiləri müşahidə etdiyi Xaçmaz rayonunda da əhalinin seçkilərə marağı yüksək olub. O, bildirib ki, vətəndaşlar müstəqil şəkildə, heç bir müdaxilə olmadan seçki mənətəqələrinə gələrək öz səsvermə hüquqlarından istifadə ediblər: "Onu da qeyd edim ki, müşahidə apardığım seçki məntəqəsində səsvermə prosesinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Bunu bütün seçkiləri müşahidə edən bütün müşahidəçilər təsdiq edə bilər. Hər hansı qanun pozuntusu və müdaxilə hallarına rast gəlinməyib". Aygün Osmanova bildirib ki, Azərbaycan xalqı aprelin 11-də azad və ədalətli, şəffaf seçki keçirərərk dünyaya demokratiya nümunəsi göstərmiş olur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31