Simulik Valerijus: "Seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir"
Seçkidən əvvəl və səsvermə günü apardığımız müşahidələr seçki prosesinin qanunvericiliyə uyğun şəkildə təşkil edildiyini deməyə əsas verir. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən Baltik Assambleyasının Litvadan olan təmsilçisi Simulik Valerijus deyib.
11 Aprel 2018 16:25 SiyasətSeçkidən əvvəl və səsvermə günü apardığımız müşahidələr seçki prosesinin qanunvericiliyə uyğun şəkildə təşkil edildiyini deməyə əsas verir. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən Baltik Assambleyasının Litvadan olan təmsilçisi Simulik Valerijus deyib.
S.Valerijus qeyd edib ki, müşahidə apardıqları seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə almayıblar.
O deyib: "Seçkiöncəsi prosesi izləmişik. Bu gün də səsvermə prosesini izləyirik. Hər şey qanun çərçivəsində həyata keçirilir. Müşahidələrimə əsasən səsvermə prosesinin şəffaf keçirildiyini əminliklə deyə bilərəm".