Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır
21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. “OLAYLAR” “Azərbaycan Dəmir Yolları” QSC—yə istinadən xəbər verir ki, 21.04.2018-ci ildən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.
11 Aprel 2018 15:29 İqtisadiyyat21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. "OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, 21.04.2018-ci ildən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.
Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcəkdir.
Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaqdır