Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər

Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər. Sechki-2018.az saytınınxəbərinə görə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən bildirilib ki, 6 min 46 nəfər xocalılı seçici Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Goranboy, Bərdə, Oğuz, Şəki rayonlarında fəaliyyət göstərən 15 məntəqədə səs verirlər. Seçicilərdən 1 nəfərinin yaşı 100-dən yuxarı, 124 nəfəri isə 80-100 yaş arasında olanlardır. Həmçinin 305 nəfər gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edir. Hazırda seçki prosesini 150 nəfər müşahidəçi izləyir.

Prezident seçkisində böyük ruh yüksəkliyi ilə iştirak etdiyini deyən rayon sakini, seçici Səxavət Məmmədov bildirib ki, torpaqları işğal altında olan bütün xocalılılar kimi onun da ən böyük arzusu tezliklə doğma yurd-yuvalarına qayıtmaq və rayonlarında yaradılmış məntəqələrdə səs verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31