Qulduruq edən iki yeniyetmə saxlanıb
Abşeronda evə basqın edən yeniyetmələr tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova Rayon Polis İdarəsinə müraciət edərək bu il yanvarın 23-də həyətinə girmiş iki naməlum şəxsin onu gördükdə, oradan uzaqlaşdığını bildirib.
11 Aprel 2018 15:06 KriminalAbşeronda evə basqın edən yeniyetmələr tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova Rayon Polis İdarəsinə müraciət edərək bu il yanvarın 23-də həyətinə girmiş iki naməlum şəxsin onu gördükdə, oradan uzaqlaşdığını bildirib. Araşdırmalarla həmin şəxslərin M. Məhərrəmovanı bıçaqla hədələyib pul tələb etməsi müəyyən edilib. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri olan iki yeniyetmə saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.