Tərtərin 10 seçki məntəqəsində “exit-poll” keçirilir

Prezident seçkiləri ilə əlaqədar Tərtər rayonundakı seçki məntəqələrinin qarşısında “exit-poll” təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, RƏY Monitorinq Mərkəzi 95 saylı seçki dairəsinin 2, 6, 11, 16, 20, 25, 34 və 36 saylı, ELS Müstəqil Araşdırmalar Mərkəzi 3 və 22 saylı, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi isə 2 və 3 saylı seçki məntəqələrində “exit-poll” keçirir.

Prezident seçkiləri ilə əlaqədar Tərtər rayonundakı seçki məntəqələrinin qarşısında "exit-poll" təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, RƏY Monitorinq Mərkəzi 95 saylı seçki dairəsinin 2, 6, 11, 16, 20, 25, 34 və 36 saylı, ELS Müstəqil Araşdırmalar Mərkəzi 3 və 22 saylı, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi isə 2 və 3 saylı seçki məntəqələrində "exit-poll" keçirir.

95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədi Həmid Mehdiyev bildirib ki, dairə üzrə 38 seçki məntəqəsində seçicilərin ümumi sayı 38 min 38 nəfərdir. Səsvermə prosesini izləmək üçün 1, 2, 3, 4, 5, 6, 10, 31 saylı seçki məntəqələrində veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 390 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31