“Bu mənim ilk seçkimdi”
Bu gün ölkədə prezident seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin geniş marağına və diqqətinə səbəb olan seçkilərdə vətəndaşlar son dərəcə fəallıq göstərdilər.
11 Aprel 2018 15:02 SiyasətBu gün ölkədə prezident seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin geniş marağına və diqqətinə səbəb olan seçkilərdə vətəndaşlar son dərəcə fəallıq göstərdilər.
Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 29 saylı Səbail Seçki Dairəsinin 24 saylı Seçki Məntəqəsində müşahidələr zamanı seçki dairəsinin ərazinə daxil olan ünvanlarda yaşayan sakinlərin son dərəcə fəallıq göstərdikləri müşahidə olunub. Qeyd olunan dairə seçki məntəqəsinin sədri Rövşən Abbasov Dairədə heç bir qanun pozuntusunun olmadığını, vətəndaşların çox rahat və məlumatlı şəkildə qeydiyyatçılara yaxınlaşdıqlarını bildirdi.
Seçki məntəqəsinə cəlb olunan beynəlxalq müşahidəçilərlə maraqlandıqda məntəqəyə Rusiya, Başqırdıstan, Serbiyadan müşahidəçilərin seçki prosesini diqqətlə izlədikləri məlum oldu.
Ərazidə yaşayan vətəndaşların hər birinə vaxtından öncə seçki bildirişləri ilə təmin olduğu, onları ədalətli seçkiyə dəvət olunduqıları haqqında dairə seçki məntəqəsinin katibi Rəna Hüseynova məlumat verdi.
Beynəlxalq müşahidəçilərlə söhbət zamanı məlum oldu ki, onlar Azərbaycanda bir neçə seçki məntəqəsində müşahidələr aparıblar. Müşahidələr zamanı seçkilər üçün yaradılmış şəraitdən, seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu xüsusi ilə qeyd edildi. Vaxtından öncə seçki keçirilən ölkədə vətəndaşların fəallığı bütün beynəlxalq müşahidəçilərin diqqət mərkəzində idi. Beynəlxalq müşahidəçilər seçki ilə bağlı insanların belə tez bir zamanda məlumatlandırılması, təbliğat -təşviqat kompaniyası çərçicəsində namizədlərin öz seçiciləri ilə görüşlərin təhlükəsiz şəkildə təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirdilər. Məntəqələrin hər birində quraşdırılan veb-kameralar seçkinin bir daha şəffaf keçirilməsini hər kəsə sübut edir.
Bir sıra seçiçilərlə görüşən əməkdaşımız onlara qısa sorğu həyata keçirdi. Sörğuda iştirak edən və ilk dəfə seçkilərdə səs verən İqtisad Universitetinin 1 - ci kurs tələbəsi Anar Məmmədov öz təssüratlarını bölüşdü:
"Bu mənim iştirak etdiyim ilk seçkidi. Çox sevinirəm ki, ilk iştirakçısı olduğum seçki məhz prezident seçkiləri oldu. Bu mənim üçün çox qürurverici haldı. Burada yaradılan hər bir şərait, seçicilərə qarşı məntəqə sədrindən tutmuş müşahidəçilərə qədər hər kəsin son dərəcə səbir və təmkinlə qaydaları izah etməsi, hər kəsə xüsusi diqqət göstərmələri əlbəttə ki, bizləri məmnun edir.
Əslində, seçdiyim şəxsin kim olduğunu açıqlamaya bilərəm. Amma mən bunu gizli saxlamaq istəmirəm. Düşünürəm ki, mənim kimi bir çox gənclər də Azərbaycanımız üçün yorulmadan, daim fəaliyyət göstərən, ölkəmizin beynəlxalq arenada hər zaman nüfuzunu qoruyan, Azərbaycanın bütövlüyü uğrunda hər zaman mübarizə aparan layiqli namizəd - İlham Əliyevə səs verəcəklər. Bu gün ölkəmizdə biz gənclər üçün yaradılan hər bir şərait bizləri sevindirir".
Seçkilərdə heç bir haqsızlığa, qanun pozuntusuna rast gəlmədiyini ifadə edən, sorğumuzda iştirak edən daha bir vətəndaş isə Mənzil Kommunal İstismar İdarəsində çalışan Bəhruz Quliyevdi. Səhər saatlarında seçkilərdə iştirak etdiyini bildirən Bəhruz Quliyev məntəqədə olduğu zaman beynəlxalq müşahidəçilərin seçkiləri çox ciddi şəkildə izlədiklərini vurğuladı.
"Bəlkə də, Avropada keçirilən seçkilər heç bu cür dəqiqliklə izlənilimir ki, bu gün mənim səs verdiyim məntəqədə o cür diqqətlə izlənilirdi. Sevindirici hal ondadır ki, növbədənkənar keçirilən seçkidə müşahidəçi kimi iştirak edən xarici ölkə nümayəndələri heç bir qanun pozuntusana rast gəlmədilər. Burada məntəqə seçki dairəsinin sədri Rövşən Abbasovun da əməyi danılmazdı. O məntəqədə hər bir nüansa nəzarət edir.
Səsim haqqında heç bir məlumat vermək istəmirəm. Amma bircə onu deyə bilərəm ki, mənim səsim Azərbaycanımız üçün hər zaman yorulmadan çalışan, ədalətli, layiqli və görkəmli şəxsin səsidi".
76 yaşlı qəsəbə sakini Sara Allaverdiyeva seçkilərdə fəallıq göstərməsi ilə hər kəsin, hətta beynəlxalq müşahidəçilərin diqqətini çəkdi. Bu durumu yüksək qiymətləndirən yerli və beynəlxalq müşahidəçilər bir daha vətəndaşların fəallıqlarını xüsusi qeyd etdilər. Onlar seçkilərin azad, sakit və ən əsası təhlükəsiz, heç bir təxribat olmadan keçməsini nadir hal kimi qiymətləndirdilər.
Rusiyadan seçkiləri izləyən müşahidəşi bildirdi ki, baxmayaraq ki, Azərbaycan müharibə şəratitindədir, amma biz bunu hiss etmirik. Seçkilər son dərəcə təhlükəsiz və rahat şəraitdə davam edir. Əməkdaşlarımızla birgə bir neçə məntəqədə müşahidələr apardıq. Olduğumuz məntəqələrin heç birində hansısa qanun pozuntusuna rast gəlmədik. Son dərəcə şəffaf və aydın keçən seçkilərdə hər kəs azad şəkildə, heç bir təzyiq və təsir olmadan öz namizədlərinə səs verir."
Mərkəzi Seçki Komisiyyasından verilən məlumata görə Səbail rayonunda 11 aprel prezident seçkiləri ilə bağlı 43 məntəqə fəaliyyət göstərir. Rayon üzrə seçicilərin sayı 43512 -dir.