Avtoqəzada iki nəfər ölüb, ikisi yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S. Abdullayev və sərnişinlərdən onun bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31