Yelena Strokova: "Seçkilər yüksək səviyyədə təşkil olunub"

Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.

Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, 15 saylı Yasamal birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində seçkiləri izləyən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Yelena Strokova bildirib.

Y.Strokova deyib: "Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə keçir. Prezident seçkilərinin keçirilməsi ilə bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31