15 saylı Yasamal I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə mütəşəkkil qaydada keçirilir

Aprelin 11-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də prezident seçkiləri mütəşəkkil qaydada keçirilir. 

Aprelin 11-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də prezident seçkiləri mütəşəkkil qaydada keçirilir.  Sechki-2018.az saytının xəbərinə görə, dairə seçki komissiyasının sədri Cumar İsayev bildirib ki, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 43 min 473 seçici qeydə alınıb. Bundan başqa, dörd müvəqqəti məntəqə yaradılıb. Burada da 1 050 seçici səs verəcək. 15 saylı Yasamal birinci seçki dairəsi üzrə ümumilikdə 35 məntəqədə 44 min 523 seçici qeydə alınıb. Onlardan 546 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Dairədə yaşı 80-ni ötmüş 1 248 seçici var. 24 saylı seçki məntəqəsində qeydə alınan 100 yaşlı Zümrüd Alməmməd qızı Orucova rayonun ən yaşlı seçicisidir.

Saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan seçicidən 14 min 828-i və ya 33,3 faizi səs verib.

Səsvermənin gedişini 362 nəfər müşahidəçi izləyir. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində (1, 2, 4, 9, 11, 16, 17, 18, 22 və 25 nömrəli seçki məntəqələrində) veb-kameralar quraşdırılıb.

Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31