Səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində saat 8.00-dan səsvermə prosesinə start verildi. Məlumat üçün qeyd edək ki, səsvermə prosesi125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.

Seçicilər öz namizədlərinə sərbəst şəkildə səs verdilər

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində saat 8.00-dan səsvermə prosesinə start verildi. Məlumat üçün qeyd edək ki, səsvermə prosesi125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir. Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib ki, onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edib. Yerli müşahidəçilərin ümumi sayı isə 58175 təşkil edib. Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırıb. Biz də jurnalist olaraq seçki prosesini izləmək üçün bir neçə seçki məntəqəsində müşahidə apardıq. İlk müşahidə apardığımız 29 saylı Səbail Seçki Dairəsinin 17 saylı Seçki Məntəqəsi oldu. 1428 seçicinin qeydiyyatda olduğu 17 saylı Seçki Məntəqəsinin sədri Dilarə Kətanova bildirdi ki, məntəqədə seçici aktivliyi müşahidə olunub. Seçicilər heç bir təzyiqlə üzləşmədən öz seçki hüquqlarından istifadə ediblər: "Xüsusilə, günün birinci yarısında seçicilərin aktiv kütləsi fəallıq göstərib. Seçki prosesi başlandıqdan təxminən bir saat sonra seçicilərin xeyli hissəsi səsvermədə iştirak edib. Hətta elə hallar olurdu ki, adı seçici siyahısında olmayan seçicilər də səsvermədə iştirak etmək üçün müraciət edirdilər. Məsələ araşdırılaraq yerindəcə həllini tapırdı". Məntəqə sədri onu da bildirib ki, seçki prosesini yerli və xarici müşahidəçilər də izləyib: "Seçki məntəqəsində 23 nəfərdən artıq yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların sırasında müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidəçi qismində iştirak edənlər var. Məntəqəmizdə Polşa və Serbiyadan olan 4 müşahidəçi də seçki prosesini izləyib. Ümumi qənaət ondan ibarətdir ki, həm seçicilər, həm də müşahidəçilər üçün normal seçki şəraiti yaradılıb. İstəyimiz ondan ibarətdir ki, bütün seçicilər seçki məntəqəsinə gələrək öz səslərini versinlər".
17 saylı Seçki Məntəqəsəində Yeni Azərbaycan Partiyasını təmsil edən Nəsibova Samirə bildiriib ki, seçki prosesi tam şəffaf və aşkarlıq şəraitində keçirilir: "Səhər saat 8-dən seçki prosesini müşahidə etməyə başlamışam. Seçki prosesi zamanı heç bir qanun pozuntusana rast gəlinməyib. Seçicilər heç bir təzyiqlə üzləşmədən sərbəst şəkildə səslərini verirlər. Demək olar ki, seçicilərin əhval-ruhiyəsi yüksək səviyyədədir. Böyük həvəslə səsvermədə iştirak edirlər. Qənaətim ondan ibarətdir ki, məntəqədə həm seçicilər, həm də müşahidəçilər üçün normal şərait yaradılıb. Seçicilər də bundan istifadə edərək öz hüquqlarından sərbəst şəkildə istifadə edirlər".
Yeni Azərbaycan Partiyasını təmsil edən digər müçahidəçi İsmayılova Sevinc də seçkilərin demokratik və şəffaf şəkildə keçdiyini müşahidə etdiyini bildirib. Qeyd edib ki, seçkilərlə bağlı heç bir qeyri-adi hadisə baş verməyib. Məntəqədə yaradılmış şəraitdən istifadə edən seçicilər heç bir maneə ilə rastlaşmadan öz səslərini verirlər. Seçicilərə qarşı təzyiq, yönəltmə xarakterli hərəkətlər müşahidə olunmayıb, başqasının əvəzinə səsvermə halları qeydə alınmayıb. Bütün seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə edir.
Digər müşahidə etdiyimiz 20 saylı Seçki Məntəqəsində 1133 seçici qeydiyyata alınıb. Məntəqə sədri Quliyeva Gülxar bildirib ki, seçki prosesi seçicilərin fəallığı ilə müşaiyət olunub. Normal haldır ki, seçki prosesi başlanılandan sonra bir saat ərzində təxminən 200-ə yaxın seçici səs vermişdi. Təkcə bi fakt seçici aktivliyinin əyani sübutu kimi qiymətləndirilə bilər". Məntəqə sədri onu da bildirib ki, seçkiləri 22 nəfər yerli, 4 nəfər xarici müşahidəçi izləyib. Saat səkkizə on dəqiqə qalmış artıq xarici müşahidəçilər məntəqədə idilər. Hətta xarici müşahidəçilər məntəqənin açılışında iştirak ediblər. Bütün prosesləri diqqətlə izləyiblər. Onların gözü qarşısında seçki qutuları bağlanıb".
Seçkiləri müşahidə etmək üçün şəxsi təşəbbüsü ilə qeydiyyata alınan Süleymanova Maya bildirib ki, səsvermə prosesini ilk andan başlanaraq müşahidə edib: "Hətta seçki məntəqəsinin qapısının açılması prosesini izləmişəm. O vaxtdan gördüklərim ondan ibarət olub ki, seçicilərin seçiminə qarşı heç bir müdaxilə olmayıb. Hamı sərbəst şəkildə seçki bülleteni ilə kabinalara daxil olaraq sərbəst şəkildə səsini verib. İnanın ki, müşahidə ərzində hansısa bir qanun pozuntusuna rast gəlmədim. Eləcə də seçicilərlə bağlı hansısa problem ortalığa çıxmadı.Yeri gəlmişkən qeyd edim ki, məntəqədə seçicilərlə yanaşı, müçahidəçilər üçün də normal şərait yaradılıb. Hətta müşahidəçilərə qarşı olan rəftar qürurvericidir".
Milli Dirçəliş Hərəkatı Partiyasını təmsil edən digər müşahidəçi Novruzova Almaz qeyd edib ki, seçkilərin ümumi gedişindən razıdır: "Məlum olduğu kimi mən prezidentliyə namizəd Fərəc Quliyevi təmsil edirəm. Seçkilər başlandığı andan müşahidə aparıram. Deyərdim ki, seçkilər normal təşkil edilib. Hər bir seçicinin öz hüququndan istifadə etməsi üçün mümkün şərait yaradılıb. Müşahidə zamanı heç bir qanun pozuntusu, yaxud neqativ hal müşahidə etməmişəm. Xüsusi deyə biləcəyim ondan ibarətdir ki, məntəqə seçki komissiya sədrindən tutmuş üzvlərinə qədər hamısı həm müşahidəçilər, həm də seçicilərlə yüksək səviyyədə davranırlar. Secicilərin sərbəst səs verməsi üçün lazım olan bütün şəraiti yaradırlar. Seçicilər də fəallıq nümayiş etdirilər. Sözün həqiqi mənasında seçicilər əvvəlki seçkilərlə müqayisədə bu seçkilərdə daha fəaldırlar".
1229 seçicinin qeydiyyatda olduğu 29 saylı Seçki Məntəqəsinin sədri Məlikova İlhamə bildirib ki, məntəqədə 1229 seçici qeydiyyata alınıb: "Seçicilər səsverməyə böyük həvəslə gəlirlər. Hətta bəzi seçicilər saat yeddidən gəlmişdilər. Seçicilərin fəallığı növbəlik sisteminin təşkili zərurəti yaratmışdı. Bunun üçün də lazımi şərait yaradıldı ki, hamı səsvermədə iştirak edə bilsin. Nəzərə almaq lazımdır ki, bizim seçkilər yaxın ərazidə yaşayırlar və səsvermədə iştirakda maraqlıdırlar. Onu da qeyd edim ki, seçkidə iştirak edən seçicilərin demoqrafik tərkibi də müxtəlifdir. Onların sırasında yaşlı, cavan, qadın seçicilər təmsil olunur. Seçkiləri 3 xarici müşahidəçi izləyir. 25 nəfərə qədər isə yerli müşahidəçi qeydə alınıb. Müşahidəçilərin hamısı seçki prosesini sərbəst şəkildə izləyə bilib". Komitə sədri onu da qeyd edib ki, seçicilərdən bir nəfərin ayağı sındığı üçün məntəqəyə gələ bilməyi:"Bu barədə bizə müraciət olundu. Biz də seçki qaninvericiliyinin tələbinə uyğun olaraq onun səsvermə hüququnu təmin etmək üçün evə seçki qutusu göndərdik".
Sözügedən məntəqədə müçahidəçilik missiyasını yerinə yetirən Yeni Azərbaycan Partiyaının təmsilçisi Musayeva Sevil qeyd edib ki, seçki prosesi ruh yüksəkliyi ilə keçib: "Müsbət haldır ki, seçicilər səsəverməyə böyük həvəslə gəlirlər. Seçiciləri qətiyyən məcbur etmirlər ki, hansısa namizədə səs versin. Hamı öz iradəsinə, öz seçiminə uyğun olaraq istədiyi namizədə səs verir. Elə bu səbəbdən də heç bir qanun pozuntusu müşahidə edilməyib. Hamə öz prezidentini seçməkdə azaddır və bu hüuqudan da sərbəst şəkildə idtifadə edirlər".
Digər müşahidəçi Qazıyeva Firuzə də bildirib ki, seçkilərdə insanların fəallığı çox yaxşı nəticədir: " Deyərdim ki, bu dəfəki prezident seçkilərində seçicilərin aktivliyi müşahidə olunur. Bu isə seççicilər üçün yaradılan şəraitin nəticəsidir. İnsanlar heç bir problemlə üzləşmədən vətəndaşlıq borclarını yerinə yrtirilər". Şəxsi təşəbbüsü ilə seçkiləri müşahidə edən Allahverdiyeva Ramilə də bildirib ki, seçkilərin gedişatından razıdır: "Məntəqənin qapısı aşılandan müşahidəyə başlamışam. İndiyə qədər heç bir qanunsuz hərəkətə rast gəlməmişəm. Qənaətim ondan ibarətdir ki, vətəndaşlarımız fəaldırlar. Hər kəs istəyir ki, layiqli namizədə səs verərək dövlətimizin başçısını seçsin".
Azərbaycan Demokratik Partiyasının təmsilçisi Niftəliyeva Esmira qeyd edib ki, seçki prosesi normal gedib: "Hətta seçicilərin fəallığından razıyıq. Düzünü desəm, indiyə qədər belə seçici fəallığı müşahidə etməmişdim. Səsvermə prosesində də hər şey öz qaydasında oldu. Birmənalı şəkildə deyə bilərəm ki, səsvermə zamanı heş bir qanun pozuntusu baş verməyib. Maraqlı məqam ondan ibarətdir ki, seçicilər öz hüquqlarını gözəl bilirlər və ondan da sərbəst şəkildə istifadə edirlər. Digər məqam ondan ibarətdir ki, seçki məntəqəsində seçicilər üçün də münbit şərait yaradılıb".
Seçkiləri müşahidə edən Qarabağ Müharibəsi Veteranlar Cəmiyyətinin təmsilçisi Mirzəyev Etibar bildirib ki, seçki posesinin təşkilinə söz ola bilməz: "Hər şey gözəl təşkil edilib. Seçicilərin səsverməsinə yaradılan şəraitdən tutmuş müşahidəçilərin missiyasını yerinə yetirməsinə qədər bütün proseslər normal məcrada gedib. Mən xüsusi olaraq səsvermədə iştirak edən seşicilərin sayının qediyyatını apardım. Müqayisə zamanı nəticədə heç bir fərq qeydə alınmadı. Bu isə onun göstəricisidir ki, seçki prosesində heç bir qanun pozuntusuna yol verilməyib".
 Məlumat üçün qeyd edək ki, seçki prosesi ilə bağlı reportaj günün müxtəlif saatlarında hazırlanıb. Səsəvermə prosesi başa çatan zaman təkrarən müşahidə apardığımız seçki məntəqələri ilə əlaqə saxladıq. Əldə etdiyimiz son məlumat ondan ibarət oldu ki, səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə müşahidə olunub. Səsvermədə seçicilərin mütləq əksəriyyəti iştirak edib. Seçki qanunvericiliyinn tələbinə uyğun olaraq səs vermək üçün seçki məntəqəsinə gələ bilməyəiən seçicilərin evlərinə seçki qutuları aparılıb. Səsvermə prosesi heç bir qanun pozuntusu qeydə alınmadan başa çatıb. Xatırladaq ki, 11 aprel prezident seçkisində 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31