Aram Keşişyanın "Arsax" sarsaqlaması ABŞ və Fransadakı daşnak yığnaqlarının tapşırığıdır- ÖZƏL
14:11 Siyasət"Kilikiyanın Böyük Evi kimi təqdim edilən, əslində isə şeytan yuvası funksiyasını yerinə yetirən Anteliasdakı Kilikiya Katolikosluğunun başında duran Aram Keşişyanın, yəni I Aram adlandırılan ünsürün öz toplumunu yenidən Qarabağ uğrunda mübarizəyə səsləməsi qətiyyən təsadüf və din adamının çağırışı deyil. Çünki hay kilsəsi-istər Eçmiədzindəki olsun, istərsə də Anteliasdakı-dinə yox, din pərdəsi altında ayrı-ayrı güclərə xidmət edib və artıq neçə əsrdir ki, bu belə də qalır". "Olaylar" xəbər verir kİ. Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "I Aramın növbəti "Arsax" sarsaqlaması da ABŞ və Fransadakı daşnak yığnaqlarının, həmçinin həmin yığnaqların bağlı olduqları çevrələrin tapşırığıdır. Kilikiya katolikosunun Paşinyan-Qaregin qarşıdurmasında ikincinin yanında yer alması da hər ikisinin guya din xadimi olmasından irəli gəlmir. Bu katolikoslardan biri bilvasitə, digəri isə bilavasitə bizim regionda sülhü qətiyyən istəməyənlərin diqtəsi ilə hərəkət edir.
Dünya Kilsələr Şurasının (WCC), Qərbdəki insan hüquqları və dini azadlıqlar üzrə xristian QHT şəbəkələrinin regiondakı vəziyyətlə bağlı reallıqdan uzaq bəyanatlarının meydana çıxmasında da I Aramın rolu az deyil.
I Aram 1970-ci illərdən WCC strukturlarında fəaliyyət göstərib, 1991-2006-cı illərdə isə həmin qurumun Mərkəzi Komitəsinin moderatoru olub. O, Qərbin ekumenik xristian təşkilatları, protestant kilsələri, insan hüquqları və dini azadlıqlar üzrə xristian QHT şəbəkələri ilə sıx əlaqə qura bilib. Uzun illər ekumenik dialoqla məşğul olduğundan Vatikanda da yaxşı tanınır. Mərhum Roma Papası II İohann Pavel 1997-ci ildə onun Yaxın Şərq Kilsələr Şurasında mühüm rolundan bəhs etmişdi. Vatikandakı bu imicindən faydalanaraq I Aram 2026-cı ilin mayında indiki Papa XIV Leo ilə görüşümüş və ona xristian irsinin Qarabağda məhv edilməsi ilə bağlı yalan danışaraq dəstək istəmişdi. Və Azərbaycan Kilikiya katolikosunun Vatikana məkrli səfərinin mənfi təsirlərini neytrallaşdırmaq üçün müəyyən addımlar atmalı oldu.
Bütün bunları ona gorə diqqətə çatdırmağı lazım bildim ki, Eçmədzinin bir addımlıqda yerləşməsinə, Anteliasın isə buradan uzaqda olmasına baxmayaraq hayların ikinci Katolikosluğunun regiondakı proseslərə mənfi təsiri birincininkindən də çoxdur və bu, birbaşa I Aram faktoru ilə bağlıdır".