Saat 12:00-dək Ağdam kənd seçki dairəsində 8 mindən çox seçici səs verib

119 saylı Ağdam kənd seçki dairəsində saat 12:00-dək 8 min 477 seçici səs verib. Bunu sechki-2018.az saytına açıqlamasında dairə seçki komissiyasının sədri Rövşən Şükürov bildirib. O qeyd edib ki, səhət saat 8:00-dan 12:00-dək səs verən seçicilərin sayı 18 min 720 nəfərdir: "Dairənin tərkibində olan 42 seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Seçki prosesi öz qaydasında gedir. Heç bir qanun pozuntusuna rast gəlinməyib".

R.Şükürov 21 və 35 saylı seçki məntəqələrində veb-kameraların quraşdırıldığını deyib. Onun sözlərinə görə, seçki prosesini 405 yerli yerli müşahidəçi, 43 nəfər məşvərətli hüquqlu şəxs, ATƏT-in qısa və uzunmüddətli müşahidə qrupu və Rusiyadan olan iki müşahidəçi izləyir.

Qeyd edək ki, sözügedən dairə üzrə 42 min 224 nəfər seçicinin səs verəcəyi gözlənilir. 4 seçicinin yaşı 100-dən yuxarıdır. Ən yaşlı seçici 113  yaşındadır. 1224 nəfər ilk dəfə səs verəcək. 18 yaşı bu il tamam olan seçicilərin sayı 213 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31