Arye Qut: "İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək"

Səhərdən etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindəyik.

Səhərdən etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindəyik.

Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən İsraildən olan müşahidəçi Arye Qut deyib: "Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Seçkilər normal və şəffaf keçir. Baxmayaraq ki, bu gün dünyada Azərbaycana qarşı qara qüvvələr var və Azərbaycanı mənfi göstərməyə çalışırlar. Bu gün İsraildən bura 9 nəfər gəlib. Bu insanlar arasında İsrailin keçmiş nazirləri və deputatları var. Seçki prosesi açıq şəkildə keçir. İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31