MDB müşahidə missiyasının üzvü: “Seçkilər yüksək səviyyədə təşkil olunub”
MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. Müşahidəçi Marina Jenistova bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.
11 Aprel 2018 13:22 SiyasətMDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. Müşahidəçi Marina Jenistova bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: "Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar".
Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın tərkibində 45 məntəqə var. Məntəqələrdən 6-sı N saylı hərbi hissələrdə yaradılıb. Dairə üzrə ümumilikdə 43330 seçicinin səsvermədə iştirakı gözlənilir. Apa.az