Gündəm
Knessetin deputatı: "Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəldi"
Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib. Bunu prezidenti seçkilərini müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov deyib.
Hərbi təyyarə qəzaya uğradı - 200 ölü - VİDEO
Əlcəzairdə İL-76 tipli hərbi təyyarə qəzaya uğrayıb. 200-dən çox insan həlak olub. Hadisə Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında baş verib. Təyyarə ölkə paytaxtı Əlcəzairdən 50 kilometr cənubda yerləşən hərbi bazanın aerodromundan uçuşdan tezliklə sonra düşüb.
Avropa Parlamentindən müşahidəçi: "Azərbaycanda sərbəst şəkildə səs vermək üçün bütün şərait yaradılıb"
Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb.Bunu Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib. O, bu gün hələ bir seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".
Prezident seçkilərində saat 12:00-a olan seçici fəallığı açıqlandı
Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.
Elman Rüstəmov: "Azərbaycanda devalvasiyadan söhbət gedə bilməz"
"Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Mətbuat Şurası: “Qaynar xətt”ə 1 müraciət daxil olub
Mətbuat Şurasının prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi ilə bağlı məlumat yayıb. Şuradan verilən məlumata görə, saat 08.00-dan 12.00-dək prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub.
Maliyyə naziri: "Beynəlxalq Bankın özəlləşdirilməsi müəyyən hazırlıq işləri tələb edir"
"Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb". Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov məlumat verib.
Anar Nağılbazın yeni videosu yayıldı
Uzun müddətdir şəxsi həyatı ilə gündəmdən düşməyən reper Anar Nağılbazın yeni görüntüsü yayıldı. Məlumata görə, bir neçə aydır xəstəxanada olduğu üçün yalnız telefonla açıqlamalar verən sənətçi evə buraxılıb. Anar müğənni Maral Tahirqızı ilə bir araya gəlib. Onların birlikdə çəkilən videosu sosal şəbəkədə paylaşılıb.
Xoşqədəm məşhur porno aktyorun FOTOsunu paylaşdı - Ona kömək edəcəyik
Xoşqədəm Hidayətqızı İnstagram hesabının "History" bölməsində onu təhqir edən təqibçini biabır etmək istəyib.
Mətanət İsgəndərlidən gürcü rəqsi - VİDEO
Əməkdar artist Mətanət İsgəndərli “İnstagram” səhifəsində maraqlı paylaşım edib. Məlumata görə, ifaçı gürcü rəqsi edən zaman çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb. O bildirib ki, video Gürcüstanda çəkilib.
Məntəqə sədri: "Səsvermə yüksək səviyyədə keçir"
105 saylı Tovuz rayon seçki dairəsinin 3 saylı məntəqəsində səsvermə yüksək səviyyədə keçir. Bu barədə məntəqə sədri Rizvan Qənbərov sechki-2018.az saytına açıqlamasında deyib. O bildirib ki, məntəqə üzrə 1496 nəfər seçici qeydiyyatdadır və demək olar ki, seçicilərin yarısı artıq səs verib.
Qazaxıstan Parlamenti Məclisinin üzvü: "Seçicilərin fəallığı xüsusi diqqət çəkir"
Səsvermə prosesində hər-hansı qanun pozuntusu qeydə almamışıq. Bu barədə secki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov deyib.
Səfir: "Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir"
Azərbaycanda Prezident seçkiləri ilə bağlı Rusiyada səsvermə keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyində səfir Polad Bülbüloğlu və ailəsi səs verib.
Xəzər seçki dairəsi üzrə 9077 nəfər seçici səsvermə hüququndan istifadə edib
14 saylı Xəzər seçki dairəsində seçici fəallığı müşahidə olunur. Dairə seçki komissiyasının sədri İmran Qəmbərovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 9077 nəfər seçici artıq səsvermə hüququndan istifadə edib.
Nilza de Sena: "Ümid edirəm ki, seçkilər insanların iradəsini ifadə edəcək"
Biz ümid edirik ki, sakit və dinc şəraitdə seçki günü olacaq. Bu dəqiqə seçki prosesi ilə bağlı çox şərh verə bilməyəcəyik. Sechki-2018.az saytının xəbərinə görə, bunu ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena deyib.














