Prezident seçkilərində saat 12:00-a olan seçici fəallığı açıqlandı

Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 15:00, 17:00 və 19:00-da məlumat veriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31