Gündəm
8 milyon avroluq təklifi rədd etdi
Beşiktaşın baş məşqçisi Şenol Günəş təkcə türk klublarının deyil, həmçinin Dünya klublarının da maraq dairəsindədir.
Balıqçılar ŞOKDA - Dənizdən 2,5 metr uzunluğunda canlı tapıldı
Filippində dənizdən 2,5 metr uzunluğunda canlı tapılıb. Balıqçıları uzunluğu təxminən 2,5 metr olan canlının kalmar olduğunu iddia edir. Sudan çıxarılan nəhəng molyusk Flippinin Tavi-Tavi əyaləti yaxınlığında tapılıb.
Üç ölkə Suriyanın taleyini həll edə bilmədi - Bəşər Əsədə qarşı yeni yol
ABŞ-da prezident Trampın administrasiyası Fransanın və Böyük Britaniyanın nümayəndələri ilə görüşdə Suriyada atıla biləcək mümkün hərbi addımları müzakirə ediblər.
Rusiya ABŞ-ı HƏDƏLƏDİ: “Hərbi qulluqçularımız…”
ABŞ-ın Suriyaya mümkün zərbələri nəticəsində orada olan Rusiyanın hərbi qulluqçuları zərər görərsə, Rusiyanın cavabı təcili olacaq.
Nazir: "İqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamamağa çalışırıq"
"Biz çalışırıq ki, öz iqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamayaq". Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, cari ilin büdcəsində neftin qiyməti hazırda mövcud olan qiymətlərdən xeyli aşağı götürülüb.
Samir Şərifov: "Makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik"
"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik". Məlumata görə, bu barədə maliyyə naziriSamir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.
İsrailli müşahidəçi: “Proses şəffaf təşkil edilib və bu, məni razı salır”
"Azərbaycanda səsvermə prosesi çox yaxşı təşkil edilib". Bunu prezident seçkilərini müşahidə etmək üçün İsraildən gələn 9 nəfərlik müşahidə missiyasının üzvü Daniel Herişkoviç açıqlamasında deyib.
Serbiyalı müşahidəçi: “Səsvermə müdaxilə olmadan keçir”
“Səhərdən etibarən Xətai rayonu ərazisində bir neçə seçki məntəqəsində olmuşam. Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir”. Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Serbiyadan olan müstəqil müşahidəçi Yelena Zariç Kovaçeviç deyib.
Sergey Lebedev: “Seçici fəallığı müşahidə olunur”
“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.
Gürcüstanda Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur
ATƏT PA müşahidə missiyasının rəhbəri: “Missiyamıza 20 üzv ölkədən 50 parlamentar daxildir”
“Missiyamıza 20 üzv ölkədən 50 parlamentar daxildir”. Bunu Azərbaycanda prezident seçkilərini izləyən ATƏT PA müşahidə missiyasının rəhbəri, isveçrəli parlamentar Kiener Nellen deyib.
GUAM baş katibi: "Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb"
"Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb". Bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib.
İranlı müşahidəçi: "Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir"
"Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir". Bunu İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Assambleyasının başçısının müavini, iranlı müşahidəçi Muhəmməd Əli Əsgər Məhəmmədi deyib.
DİN: "Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb"
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 12-i “isti izlər”lə açılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Balkan ölkələri missiyasından müşahidəçi: "Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir"
Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir. Bunu Balkan ölkələri missiyasından müşahidəçi Narmina Kapitanoviç deyib. O, missiyanın bir neçə məntəqədə olduqlarını deyib: “Biz şəffaf səsvermə prosesinin şahidi olmuşuq. Məntəqələrin əməkdaşları dəqiq və dürüst iş görüb”.














