Gündəm

Politoloq: "Prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir"

11 Aprel 2018 12:08

Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir. Məlumata görə, bunu prezident seçkilərində iştirak edən politoloq Rasim Musabəyov deyib. R.Musabəyov qeyd edib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: "Məndə olan məlumata görə, seçkilərdə iştirak edən prezidentliyə namizədlər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçkiləri müşahidə edən qruplar tərəfindən də heç bir ciddi irad səsləndirilməyib".

Rusiya rublu sürətlə ucuzlaşır

11 Aprel 2018 12:07

Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 64 rublu keçib. Bu, qonşu ölkədə Amerika valyutasının 2016-cı ilin dekabr ayından bəri ən yüksək qiymətidir.

Cavid Qurbanov səs verməyə nəvələri ilə gəldi

11 Aprel 2018 12:05

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriCavid Qurbanov prezident seçkilərində səsvermədə iştirak edib. O, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib. 

Almaniyalı milyarder Alp dağlarında yoxa çıxdı

11 Aprel 2018 12:03

İsveçrə ərazisində Alp dağlarında Almaniyanın “Tengelmann Group” holdinqinin rəhbəri Karl-Erivan Haub itkin düşüb. Onun rəhbərlik etdiyi qrupa bütün dünyada məşhur olan OBI tikinti materialları mağazaları şəbəkəsi aiddir.

Qazaxıstan Senatının üzvü: "Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur"

11 Aprel 2018 12:00

"Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur". Bunu  Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib. O bildirib ki, Qazaxıstan Senatından 701 nəfərdən ibarət nümayəndə heyəti gəlib: "Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Qalan məsələləri müzakirə edəcəyik. Hələlik biz bir seçki məntəqəsində olmuşuq və pozuntu görməmişik. İşıqlandırma var. Əlavə girişlər yoxdur - yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib".

Şərur-Sədərək seçki dairəsi üzrə saat 10:00-dək seçicilərin 23,70 faizi səs verib

11 Aprel 2018 11:52

Hələlik ölkə üzrə ən yüksək seçici fəallığı 1 nömrəli Şərur-Sədərək seçki dairəsində qeydə alınıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 10:00-a olan məlumatına görə, dairə üzrə 9175 seçici səsvermə hüququndan istifadə edib. Bu, ümumi seçicilərin 23,70 faizinə bərabərdir. Dairədə 38713 seçici qeydə alınıb, onlar 35 məntəqədə səs verirlər.

Türkiyədə məktəbdə atışma: valideyn müəllim və direktoru vurdu

11 Aprel 2018 11:50

Türkiyədə məktəbdə atışma hadisəsi olub.  Bursa şəhərindəki məktəbdə polis olduğu deyilən valideyn müəllimi və direktoru yaralayıb.

Bosniyalı deputat: “Səsvermə zamanı qanun pozuntuları ilə rastlaşmamışıq”

11 Aprel 2018 11:48

“Səsvermə çox yaxşı və qayda-qanunla davam edir”. Bunu  prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Bosniya və Herseqovina parlamentinin deputatı Samir Kaplan deyib. 

MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev səsvermə prosesini izləyir

11 Aprel 2018 11:46

MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev səsvermə prosesini izləyir. Məlumata görə, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olub, prosesi müşahidə edib.

“Real Madrid”in Qaret Beyl qərarı

11 Aprel 2018 11:43

Uzun müddətdir ki, “Real Madrid”in ulduz futbolçusu Qaret Beylin komandada qalıb qalmayacağı müzakirə mövzusuna çevrilmişdi. Yuventusla oyundan sonra isə Beylin komandanı tərk edəcəyi yönündə fikirlər daha da yayılmağa başladı. Hətta ulduz futbolçunun Mançester Yunaytedə keçəcəyi iddia edilirdi.

Şenol Günəşdən futbolçularına qadağa

11 Aprel 2018 11:42

Qalatasarayın Gənclərbirliyi ilə oyunda xal itirməsindən sonra, çempionluq yarışında yenidən ümüdlənən Beşiktaşda baş məşqçi Şenol Günəş futbolçularının xal hesablamasını qadağan edib.

Liverpuldan əzmkar qələbə

11 Aprel 2018 11:41

Mançester Siti, UEFA Çempionlar liqası dörddəbir final revanşında azarkeşləri qarşısında Liverpulu qonaq edib. Mançester Siti oyuna çox yaxşı başlasa da 90 dəqiqənin sonunda Liverpula 2-1 məğlub olaraq kuboka vida edib. 

FIFA – dan futbolda inqilab yaradacaq qərar

11 Aprel 2018 11:40

FIFA icarə transferlərinə müdaxilə etməyə hazırlaşır. Hələ müzakirə mərhələsində olan dəyişiklik planına görə müasir futboldakı transfer nizamını çökdürəcək bu yeni sistemlə klubların futbolçularının başqa klublara icarəyə göndərilməsi ləğv ediləcək.