Gündəm
Rouland Skot: "Bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb"
Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki, heç bir qanun pozuntusu müşahidə etməmişik.
Britaniya parlamentinin üzvü: "Azərbaycanda seçki prosesi çox yaxşı təşkil olunub"
Azərbaycanda prezident seçkiləri prosesi çox yaxşı təşkil olunub. Bunu britaniyalı müşahidəçi, Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Devid Morris deyib.
Avropa Parlamentinin üzvü: “Heç bir pozuntuya rast gəlməmişik”
“İndiyə kimi heç bir pozuntuya rast gəlməmişik. Hər hansı təzyiq və ya kənar təsirlərin şahidi olmamışıq”. Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Alen Fisini deyib.
Əbu-Dabi və Dubayda həmvətənlərimiz səs verirlər
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermədə fəallıq müşahidə olunur.
Goranboy, Samux, Göygöl və Naftalanda səsvermə prosesi uğurla davam edir
Biləsuvarda 118, Lənkəranda 113 yaşlı seçici səsvermədə iştirak edir
Lənkəran yerləşən dairə seçki komissiyalarında seçki prosesinə start verilib. Lənkəran rayonunda ümumilikdə 4 dairə seçki komissiyası fəaliyyət göstərir.
Aparıcı Çiçəkdən ayrılan Tunar müəllimə ilə NİŞANLANDI
Çin vaxtı ilə saat 12:00-dək Pekindəki məntəqədə seçicilərin 24,3 faizi səs verib
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.
Gəncədə 1747 müşahidəçi seçki prosesini izləyir
Gəncədə 1747 müşahidəçi seçki prosesini izləyir. Onlar müxtəlif siyasi partiyaların nümayəndələri və öz təşəbbüsü ilə müşahidə aparanlardır. Gəncədə 37, 38, 39 və 40 saylı 4 dairələr üzrə 107 məntəqə fəaliyyət göstərir.
Suraxanı rayonunda seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər
Aprelin 11-də Azərbaycan Respublikası prezidenti seçkiləri paytaxtın Suraxanı rayonunda seçici fəallığı ilə başlayıb. Ölkəmizin qarşıdakı növbəti 7 il üçün taleyinin həll olunduğu seçkilərdə 30 saylı Suraxanı I, 31 saylı Suraxanı II və 32 saylı Suraxanı III seçki dairələri üzrə 89 məntəqədə ümumilikdə 152 min 148 seçici səs verməlidir.
Qaradağ sakinləri səsvermədə mütəşəkkil qaydada iştirak edirlər
Aprelin 11-də Azərbaycan Respublikası prezidentinin seçkiləri günü Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından əhalinin yüksək fəallığı müşahidə olunur.
21 saylı Nəsimi I seçki dairəsinin seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur
Aprelin 11-də səhər saat 8:00-dan etibarən 21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.
34 saylı Xətai II seçki dairəsinin seçki məntəqələrində ilk saatlardan seçici aktivliyi müşahidə olunur
Aprelin 11-də 34 saylı Xətai ikinci seçki dairəsində seçicilərin səsverməsi üçün məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. Bu barədə 34 saylı Xətai ikinci seçki dairəsinin dairə seçki komissiyasının katibi Teymur Quliyev məlumat verib.
Sarkisyanın baş nazir olmasının qarşısını almaq üçün Yerevanda fasiləsiz aksiya keçiriləcək
Aprelin 13-də Ermənistanda bir sutka fasiləsiz davam edəcək mitinq keçiriləcək. Bunu deputat Lena Nazaryan parlamentdə çıxışı zamanı bildirib.














