Gündəm

Almatıda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində səs verirlər

11 Aprel 2018 11:18

Aprelin 11-də yerli vaxtla səhər 8:00-da Qazaxıstanın Almatı şəhərində 17 saylı Yasamal rayonu III seçki dairəsi 56 saylı seçki məntəqəsində Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.

Rusiyada bağçalar bağlandı - SƏBƏB

11 Aprel 2018 11:17

Rusiyanın şərq vilayətlərində radon qazı təhlükəsi səbəbi ilə iki bağça bağlanıb. Vladivostokda yerləşən 36 və 37 saylı bağçalar işləmir. Buna səbəb 36 saylı bağçadan gələn şikayət olub. Valideynlər uşaqların saçının qəfil tökülməsi ilə bağlı narazılıq ediblər.

Bərdədə 45 saylı seçki məntəqəsində seçicilərin aktivliyi müşahidə olunur

11 Aprel 2018 11:14

94 saylı Bərdə kənd seçki dairəsinin 45 saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə olunur. Seçki məntəqəsinin sədri Səyyarə Həsənova sechki-2018.az saytına açıqlamasında bildirib ki, səhər saat 08:00-da səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə başlayıb.

İsveçrədəki vətəndaşlarımız Berndə yaradılan seçki məntəqəsində səs verirlər

11 Aprel 2018 11:13

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir.

Sumqayıtda 37 seçki məntəqəsində veb-kamera quraşdırılıb

11 Aprel 2018 11:13

Aprelin 11-də saat 8-də Sumqayıtda yerləşən 134 seçki məntəqəsində Azərbaycan prezidentinin seçkiləri ilə bağlı səsvermə başlayıb. Artıq səhər tezdən məntəqələrdə seçicilərin fəallığı müşahidə olunub.

Azərbaycanın ən yaşlı seçicisi səs verib

11 Aprel 2018 11:12

Azərbaycanın ən yaşlı seçicisi səs verib. Sechki-2018.az saytının xəbərinə görə, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

Koryen Yonker: "Müşahidələrimizin nəticələrini sabah açıqlayacağıq"

11 Aprel 2018 11:11

Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq.

ABŞ-da olan müşahidəçi: "Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir"

11 Aprel 2018 11:10

Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır.

Vyanada yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir

11 Aprel 2018 11:09

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılan 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Oqtay Əsədov prezident seçkilərində səs verib

11 Aprel 2018 11:10

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.

Ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda səsvermə keçirilir

11 Aprel 2018 11:07

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə keçirilir. Məntəqə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. Məntəqənin girişində seçicilərin siyahısı asılıb. Burada seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün bütün şərait yaradılıb.