Gündəm

Tramp Qətərin əmiri ilə görüşdü - Nədən danışdılar?

11 Aprel 2018 10:54

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda rəsmi səfərdə olan Qətər əmiri şeyx Tamim Ben Hamad əl-Tani ilə İran və Rusiyanın regionda təhlükəsizliyə yaratdığı ehtimal olunan təhdidləri müzakirə edib. Bu, Ağ Evin iki lider arasında keçirilən görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub.

20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb

11 Aprel 2018 10:52

Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb.  20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 319 seçici var. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsverməyə beş gün qalmış əlavə olaraq 2 müvəqqəti məntəqə (yəni 34 və 35 saylı) açılıb.

Tadeuş İvinski: "Seçicilərin fəallığına heyran olmuşuq"

11 Aprel 2018 10:51

Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq. Bunu "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib.

Elmira Süleymanova: "Seçicilər arasında səsvermə prosesi aktivdir"

11 Aprel 2018 10:49

Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir. Bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

MDB-nin müşahidəçisi: "Səsvermə Azərbaycanın Seçki Məcəlləsinə tam uyğun şəkildə keçirilir"

11 Aprel 2018 10:47

Azərbaycanda Seçki Məcəlləsinə tam uyğunluq müşahidə olunur. MDB-nin Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib.

Azərbaycanın Latviyadakı səfirliyində prezident seçkilərində səsvermə başlanıb

11 Aprel 2018 10:45

Aprelin 11-də yerli vaxtla səhər saat 08.00-da Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 37 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası prezidenti seçkiləri başlanıb. Sechki-2018.az saytının xəbərinə görə, məntəqə seçki komissiyası konsul uçotunda olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Azərbaycan Seçki Məcəlləsinə müvafiq qaydada keçir.

Rusiyada helikopter qəzası: 6 ölü - VİDEO

11 Aprel 2018 08:26

Rusiyanın Xabarovsk şəhərində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. İnsident yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 05.30-da) baş verib. İlkin məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 6 şəxs ölüb. Hadisə yerində yanğın baş verdiyi bildirilir.

Prezident seçkiləri: Səsverməyə start verildi

11 Aprel 2018 08:23

Bu gün Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsvermə mərhələsi başlayıb.  MSK-nın “Seçkilər” İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M.Pənahov bildirib ki, bu gün tarixi gündür. O, qeyd edib ki, MSK başda olmaqla, bütün dairə və məntəqə seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Onun sözlərinə görə, bu gün 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səsvermə hüququndan istifadə edəcək. Məntəqələrin 41-i ölkə hüdudlarından kənarda - Azərbaycanın xarici ölkələrdəki səfirlik və baş konsulluqlarında yerləşir.

"Barselona" prezidenti azarkeşlərdən üzr istədi

11 Aprel 2018 08:19

"Barselona"nın prezidenti Jozep Mariya Bartomeu komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına görə azarkeşlərdən üzr istəyib. O, "Roma"ı təbrik edib: "Komandanın bütün azarkeşlərindən üzr istəyirəm. Eyni zamanda "Roma"nı təbrik edirəm. Çox kədərli gündür. "Roma" daha yaxşı oynayırdı, meydanın bütün sahələrində bizi üstələyirdi. Dünyadakı bütün azarkeşlərimizin dərdinə acıyıram".

Azərbaycanlı aparıcı evləndi - FOTOLAR

11 Aprel 2018 08:17

Teleaparıcı Murad Əzimzadənin bu gün nikah mərasimi baş tutub. Nikah mərasimində cütlüyün dostları və yaxın ailə üzvləri iştirak ediblər. Murad Müjgan xanımla maraqlı rəqs təqdim ediblər.

Həbsxanada ÜSYAN: 23 ölü

11 Aprel 2018 08:15

Azərbaycanın “Uçan xalça”sı Avstriyada təqdim olunacaq

11 Aprel 2018 08:13

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində aprelin 12-də ölkəmizin və Avstriyanın gənc rəssam-tələbələrini bir araya gətirən “Uçan xalça” sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Qırğızıstan: FETÖ məsələsində yardımçı olmağa hazırıq

11 Aprel 2018 08:08

Qırğızıstanın Türkiyədəki səfiri İbragim Junusov FETÖ mövzusunda Türkiyəylə mövcud ikitərəfli müqavilələr çərçivəsində əməkdaşlıq etdiklərini və bu əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib. Junusovun məlumatına görə, bu istiqamətdə əməkdaşlıq edəcəyik: “Bu təkcə Türkiyə deyil, Qırğızıstanın da təhlükəsizlik məsələsidir. Bu məsələdə Türkiyəylə çalışırıq. Müraciətlər var. Əgər yeni bir xəbər çıxırsa bizimlə bölüşürlər. Nazirliklərimiz arasında xüsusi nota mübadiləsi olur” – deyə açıqlayıb.