Elen Xoştariya: "Gürcü Arzusu" rejiminin parçalanma əlamətləri artıq ortadadır – ÖZƏL

Olaylar.az xəbər verir ki, həbsxanadan səsli mesaj göndərən "Droa" partiyasının lideri Elen Xoştariya bildirib ki, vətəndaşların əzmkarlıqla apardığı mübarizə artıq öz nəticələrini verir və "Gürcü Arzusu" hakimiyyətində açıq-aşkar parçalanma prosesi başlayıb. Onun sözlərinə görə, keçmiş baş nazir İrakli Qaribaşvilinin məsələsi və sistem daxilindəki ittihamlar rejimin dağılmasının bariz göstəricisidir. 

Xoştariya vurğulayıb ki, legitimliyin tanınmaması, dayanmayan küçə etirazları və beynəlxalq sanksiyalar rejimin çöküşünü sürətləndirən üç əsas amildir və qələbə qazanmaq üçün bu mübarizəni sonadək səbirlə davam etdirmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31