Ermənistanda avqust inflyasiyası 4,4% təşkil edib – ÖZƏL
14:49 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin avqustunda ölkədə illik inflyasiya 4,4% olub. Bu göstərici son ayların səviyyəsində qalmaqdadır (mayda 4,2%, iyunda 5,1%, iyulda 4,5%).
İllik müqayisədə meyvə qiymətləri 10%-dən çox yüksək qalıb. Buna əsas səbəb əksər mövsümi meyvə məhsuldarlığının aşağı olmasıdır. Rusiyaya ixrac məhdudiyyətlərinə baxmayaraq, meyvə qiymətləri baha olaraq qalır. Bununla yanaşı, irirəngli mal-qaranın baş sayının azalması səbəbindən ət və süd məhsullarının qiyməti də ölkədə 10%-dən çox artıb.
Rusiyaya ixracın çətinləşməsi daxili bazarda balıq qiymətlərinin ucuzlaşmasına səbəb olub. Sənaye üsulu ilə yetişdirildiyi üçün balıq istehsalı mövsümlülükdən asılı deyil. Aİİ çərçivəsində aksiz vergilərinin illik artırılması qrafikinə uyğun olaraq tütün və spirtli içkilər də keçən illə müqayisədə baha satılır.