Aİ Almaniyadakı təxribat cəhdindən sonra Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı nümayəndələri bir ay əvvəl Leypsiq hava limanında partlayıcı maddə ilə dolu pilotsuz uçuş aparatının tapılması insidentinə cavab tədbirlərini müzakirə etmək üçün yaxın həftələrdə bir araya gələcəklər. Almaniya baş vermiş hadisəyə görə rəsmi olaraq Rusiyanı ittiham edib və cavab olaraq Rusiyanın Bonndakı konsulluğunu, eləcə də Berlindəki "Rus evini" bağlayacağını bəyan edib. Moskva isə buna cavab olaraq Göte İnstitutunun mədəniyyət mərkəzlərini bağlayacağını bildirib.

Bloomberg agentliyinin məlumatına görə, Aİ ölkələri rusiyalılar üçün turist vizalarının, Rusiya diplomatlarının hərəkət azadlığının məhdudlaşdırılması və Rusiya neftini qanunsuz daşıyan "kölgə donanması" gəmilərinə qarşı sanksiyaların genişləndirilməsini planlaşdırır. Bundan əlavə, ittifaq Rusiya hərbi əməliyyatları ilə əlaqəli təxminən 1600 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etməyə hazırlaşır ki, bu da qəbul ediləcəyi təqdirdə qurumun indiyədək hazırladığı ən böyük məhdudiyyət paketi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31