Cəzaçəkmə müəssislərində səsvermə keçirilir
11 Aprel 2018 11:08 SiyasətƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssislərində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə müəssisəsində yaradılan 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 37 saylı məntəqəsində 434 məhkum səs verəcək.
Yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində səsvermə hüququ olan bir məhkum da 4 saylı CM-də səs verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31