Vyanada yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir
Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılan 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.
11 Aprel 2018 11:09 SiyasətAzərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılan 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb. Sechki-2018.az saytının xəbərinə görə, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Buradakı məntəqədə qeydiyyatda olan 80 vətəndaşımızın azad, demokratik və şəffaf şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. Məntəqə zəruri avadanlıqla təmin edilib.
Məntəqə seçki komissiyasından bildirilib ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan, eləcə də hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.