ABŞ-da olan müşahidəçi: "Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir"

Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır.

Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır. Seçicinin səsverməsi üçün heç bir çətinlik yoxdur. Bütün bunlar ümumi hazırlıq mərhələsinin yüksək səviyyədə olduğunu göstərir. Seçicilər heç bir problemlə qarşılaşmadan səsvermədə iştirak edirlər. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində ATƏT-in ABŞ-dan olan müşahidəçisi Barbara Hillas söyləyib.

Azərbaycana ilk dəfə gəldiyini deyən Barbara Hillas ATƏT-in müşahidə missiyasının tərkibində olmasından şərəf duyduğunu bildirib. Bu gözəl ölkəyə gələcəkdə də məmnuniyyətlə gəlmək arzusunda olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31