Aparıcı Çiçəkdən ayrılan Tunar müəllimə ilə NİŞANLANDI

Tanınmış müğənni və bəstəkar Turan Rəhmanoğlu nişanlanıb.

Ailəsi ilə birlikdə Türkiyədə yaşayan sənətçinin nişanı dünən Bakıda baş tutub. Bu barədə Tunarın bacısı Günel Zeynalova instaqramda məlumat verib.

Tunarın gələcək həyat yoldaşının adı Ülviyyədir. O, özəl məktəblərin birində ibtidai sinif müəlliməsi işləyir.

Qeyd edək ki, T.Rəhmanoğlu bir neçə il bundan əvvəl aparıcı Şəhla Vakkasla (Çiçək) nişanlı olub və ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31