FIFA – dan futbolda inqilab yaradacaq qərar

FIFA icarə transferlərinə müdaxilə etməyə hazırlaşır. Hələ müzakirə mərhələsində olan dəyişiklik planına görə müasir futboldakı transfer nizamını çökdürəcək bu yeni sistemlə klubların futbolçularının başqa klublara icarəyə göndərilməsi ləğv ediləcək.

Bu dəyişikliyə səbəb isə, böyük klubların hər il 40-a yaxın futbolçularına forma şansı vermədən, başqa klublara icarəyə göndərməsidir.

FIFA klubların sırf başqa klublara icarəyə yollamaq, ya da inkişaf etdirib sataraq qazanc əldə etmə məqsədiylə qabiliyyətli futbolçuları transfer edib oynatmadığını və gənc futbolçuların inkişaflarına maneə törətdiyini düşünür.

Bu qərar təsdiqlənərsə, futbol tarixində böyük dəyişiklik yaradacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31