Bosniyalı deputat: “Səsvermə zamanı qanun pozuntuları ilə rastlaşmamışıq”

“Səsvermə çox yaxşı və qayda-qanunla davam edir”. Bunu  prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Bosniya və Herseqovina parlamentinin deputatı Samir Kaplan deyib. 

"Səsvermə çox yaxşı və qayda-qanunla davam edir". Bunu  prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Bosniya və Herseqovina parlamentinin deputatı Samir Kaplan deyib. 

O qeyd edib ki, indiyə kimi üç məntəqədə seçki prosesinin gedişini izləyib: "Həmin məntəqələrdə qanun pozuntuları ilə rastlaşmamışıq. Bundan sonra 10 məntəqəyə baş çəkməyi nəzərdə tuturuq. Azərbaycanda tətbiq edilən bəzi prosedurlar - girişdəki yoxlanış, veb-kameralar Bosniya və Herseqovinada yoxdur. Azərbaycandakı seçkilər daha şəffaf keçirilir". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31