Məntəqə sədri: "Səsvermə yüksək səviyyədə keçir"

105 saylı Tovuz rayon seçki dairəsinin 3 saylı məntəqəsində səsvermə yüksək səviyyədə keçir. Bu barədə məntəqə sədri Rizvan Qənbərov sechki-2018.az saytına açıqlamasında deyib. O bildirib ki, məntəqə üzrə 1496 nəfər seçici qeydiyyatdadır və demək olar ki, seçicilərin yarısı artıq səs verib.

"Səsvermə yüksək səviyyədə keçir. MDB ölkələrindən müşahidəçilər, ATƏT-in nümayəndələri məntəqədə olublar. Respublikanın müxtəlif bölgələrindən də müşahidəçilər var. Bütün müşahidəçilər prosesi yüksək qiymətləndirirlər",- deyə məntəqə sədri bildirib.

Bundan əlavə o qeyd edib ki, 104 yaşlı seçici Məmmədova Gülxar alı qızı öz təşəbbüsü ilə səs vermədə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31