Qazaxıstan Parlamenti Məclisinin üzvü: "Seçicilərin fəallığı xüsusi diqqət çəkir"
Səsvermə prosesində hər-hansı qanun pozuntusu qeydə almamışıq. Bu barədə secki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov deyib.
11 Aprel 2018 12:37 SiyasətSəsvermə prosesində hər-hansı qanun pozuntusu qeydə almamışıq. Bu barədə secki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov deyib.
M. Məhərrəmov seçici aktivliyinin xüsusi diqqət çəkdiyini vurğulayıb.
O deyib: "Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb. Seçicilərin fəal şəkildə məntəqələrə gəlməsi, növbə ilə səsvermə hüquqlarından istifadə etməsi və bütün bu prosesin sakit formada həyata keçirilməsi diqqət çəkir. Heç bir ajiotaj, narahatlıq yoxdur. Hər şey normal şəraitdə davam edir".
Qazaxıstan Məclisinin üzvü Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirildiyini vurğulayıb.