Türkiyədə gənç musiqiçi öldürüldü
Türkiyənin Qaziantep şəhərində Konservatoriyada təhsil alan, həm də təhsil xərclərini ödəyə bilmək üçün gecə klubunda işləyən İsmayıl Dəyirmançı 3 ofisant tərəfindən döyülərək öldürülüb.
11 Aprel 2018 13:19 DünyaTürkiyənin Qaziantep şəhərində Konservatoriyada təhsil alan, həm də təhsil xərclərini ödəyə bilmək üçün gecə klubunda işləyən İsmayıl Dəyirmançı 3 ofisant tərəfindən döyülərək öldürülüb.
Səhnədə çıxış edən İsmayıl Dəyirmançı və digər musiqiçilərə bəxşişlər atılıb. Ofisantların həmin bəxşişləri bölüşdürmə istəyi isə davaya səbəb olub. 3 ofisantın ölümcül vəziyyətə düşənə qədər döydüyü gənc, xəstəxanaya gətirilsə də dünyasını dəyişib.
Gənc musiqiçinin ölümü sosial şəbəkələrdə böyük əks-səda yaradıb. Bir çox məşhurlar hadisə ilə bağlı öz twitter hesablarından paylaşımlar edib.