Azərbaycanın Ər-Riyaddakı səfirliyində səsvermə davam edir

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir. Sechki-2018.az saytının xəbərinə görə, burada 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 85 Azərbaycan vətəndaşı səs verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31