Gündəm

Azərbaycanda 80 mindən çox ailəyə ünvanlı dövlət sosial yardım göstərilib

12 Aprel 2018 12:06

Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur. Məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Aİ Regional komitəsinin üzvləri: "Seçkilər legitimdir"

12 Aprel 2018 12:05

Avropa İttifaqı  Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident  seçkilərinin nəticələrinə  dair bəyanatını açıqlayıb. Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O,  müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli  qanunvericiliyə  uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilatı baxımdan yaxşı təşkil edildiyini bildirib.

Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

12 Aprel 2018 12:04

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, Ş. Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ş. Mirziyoyeva minnətdarlığını bildirib.

Albaniyalı müşahidəçi: “Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”

12 Aprel 2018 12:02

"Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”. Məlumata görə, bu sözləri Cənubi Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət seçki monitorinq qrupunun Albaniyadan olan üzvü Vokşi Albana deyib.

GİSDİ: "Seçkilər standartlara uyğun keçirilib"

12 Aprel 2018 11:56

Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanı yaradılmışdı. GİSDİ - Azad və Demokratik Seçkilər Uğurunda Vətəndaş Təşəbbüsü Təşkilatının (Bolqarıstan) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb.

Belçikalı müşahidəçi: "Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb"

12 Aprel 2018 11:55

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (Belçika) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoruna 98,4 mlrd. manat vəsait yönəldilib

12 Aprel 2018 11:54

"2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir". Məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Rusiya ABŞ-la döyüşdən QAÇIR?

12 Aprel 2018 11:51

Rusiya hərbi gəmiləri Suriyanınn Tartus şəhərində daimi düzülüş yerlərini tərk edib. Bunu “ImageSat International” (İSİ) şirkətinin sosial şəbəkələrdə paylaşdığı peyk fotoları göstərir. Şəhərdə Rusiyanın Hərbi Dəniz-Donanmasının maddi-texniki təminatının 720-ci məntəqəsi yerləşir.

Moldova parlament sədrinin müavini: "Prezident seçkiləri ən yüksək səviyyədə keçdi"

12 Aprel 2018 11:48

Seçkilərin hazırlanması və təşkili prosesindən danışsaq deyə bilərəm ki, ən yüksək səviyyədə keçdi. Bütün vətəndaşlara bərabər şərait yaradılmışdı və onlar öz iradələrini ifadə etmək imkanı qazanmışdılar. Biz saxtalaşdırmanın qarşısını alan yenilikləri də gördük. Bu mənada Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunədir.

Türk Şurasının müşahidə missiyası: "Seçkilər azad və ədalətli keçirilib"

12 Aprel 2018 11:46

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və TÜRKPA Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib. Seçki prosesində hər hansı qanun pozuntusuna rast gəlinməyib.

Necdet Ünüvar: "Seçki son dərəcədə demokratik və obyektiv oldu"

12 Aprel 2018 11:46

Dünən keçirilmiş seçkinin gedişi və İlham Əliyevin 86 faizlə prezident seçilməsi Azərbaycanda prezident seçkisinin gedişini tənqid edənlərə ən yaxşı cavab oldu. Seçki son dərəcədə demokratik və obyektiv oldu.

Fransalı müşahidəçilər: "Seçkilər Qərb demokratiyasında mövcud olan standartlara cavab verir"

12 Aprel 2018 11:44

Prezident seçkiləri Azərbaycanda demokratik standartların daha da gücləndirilməsi istiqamətdə atılan bir addım idi. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Fransadan dəvət olunana müşahidəçi missiyasının üzvü Mişel Teğo müşahidələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Talaybek Masabirov: "Xalqın yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunurdu"

12 Aprel 2018 11:42

Müşahidələr apardığımız məntəqələrdə olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədik. Xalqın yüksək seçki əhval-ruhiyyəsi müçahidə olunurdu. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Qırğızıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.

Maryo Deyvid: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir"

12 Aprel 2018 11:43

Namizədlərin irəli sürülməsi prosesi və namizədlərin qeydiyyatı zamanı heç bir ciddi pozuntu və şikayət qeydə alınmayıb. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına üzv partiyaların nümayəndələrinin müşahidələrinin yekunlarına həsr lunmuş mətbuat konfransında portuqaliyalı nümayəndə Maryo Deyvid söyləyib.

İqor Dodon: "İlham Əliyevin dövlət başçısı vəzifəsinə təkrar seçilməsi Azərbaycan xalqının etibarının və geniş dəstəyinin nümayişidir"

12 Aprel 2018 11:41

"Moldova Prezidenti İqor Dodon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib". Bu barədə Moldova dövlət başçısının saytına istinadən məlumat verir. Təbrik məktubunda deyilir: "Prezident seçkilərində inamlı qələbəniz münasibətilə böyük sevinclə Moldova xalqı adından və şəxsən öz adımdan ən səmimi və ürəkdən təbriklərimi çatdırıram və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında böyük uğurlar və qətiyyətlilik arzu edirəm.